f ARAZ fk
<p>“Görüş dinamik alındı”</p>

“Görüş dinamik alındı”

24.07.2024 20:34

Yeni mövsümün hazırlığını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün Küveytin “Al Arabi” klubu ilə qarşılaşıb. Hesabın açılmadığı matçdan sonra komandamızın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb: “Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi. Ümumiləşdirsək, Erzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.


Nəticələr


19.10.2024 15:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 8 7 0 1 20-6 21
2 Turan Tovuz 9 5 3 1 12-6 18
3 Araz-Naxçıvan 8 5 2 1 11-9 17
4 Zirə 8 5 0 3 14-6 15
5 Sabah 9 4 3 2 19-15 15
6 Şamaxı 8 3 3 2 8-7 12
7 Səbail 9 2 1 6 14-17 7
8 Sumqayıt 9 2 1 6 6-11 7
9 Neftçi 9 0 5 4 6-15 5
10 Kəpəz 9 1 0 8 6-24 3

Bombardirlər

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 5 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol


 

REKLAM