f ARAZ fk
<p><strong>“Burada olmaq və oynamaq karyerama təsir edəcək”</strong></p>

“Burada olmaq və oynamaq karyerama təsir edəcək”

18.07.2024 10:14

Təlim-məşq toplanışını Erzurumda davam etdirən “Araz-Naxçıvan” gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır. Komandamız ilk matçda Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib. Heç-heçə (1:1) başa çatan matçda mövsümlərarası fasilədə transfer edilən Benny ilk dəfə “qırmızı-ağlar”ın heyətində debüt edib. İkinci hissədə meydana daxil olan portuqaliyalı futbolçu görüşlə bağlı təəssüratlarını bölüşüb: “Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.

27 yaşlı portuqaliyalı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: “Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirək, dedim. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kolektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnini maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”. 

Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşları kömək etdiyini bildirib: “Əlbəttə, hə dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.

Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.


Nəticələr


0
1
30.08.2024 20:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Turan Tovuz 5 4 1 0 6-0 13
2 Sabah 5 3 1 1 10-7 10
3 Qarabağ 4 3 0 1 10-3 9
4 Araz-Naxçıvan 4 2 1 1 4-5 7
5 Zirə 4 2 0 2 7-5 6
6 Sumqayıt 5 2 0 3 5-6 6
7 Şamaxı 4 1 2 1 3-3 5
8 Səbail 5 1 1 3 7-8 4
9 Neftçi 5 0 4 1 2-4 4
10 Kəpəz 5 0 0 5 2-15 0

Bombardirlər

Bombardir:

Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol

 

REKLAM