f ARAZ fk
<p><strong>Braziliyalı yarımmüdafiəçi komandamızda</strong></p>

Braziliyalı yarımmüdafiəçi komandamızda

10.07.2024 12:22

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətini də komplekləşdirmək istiqamətində çalışmalarını davam etdirir. Komandamızın növbəti transferi Felipe Santosdur. Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Erzurumda qoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel Hayfa” olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin qələbələri üçün çalışıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.

 


Nəticələr


2
2
26.05.2024 20:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 20 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

REKLAM