f ARAZ fk
<p><strong>“İlk 2 oyun çox önəmlidir”</strong></p>

“İlk 2 oyun çox önəmlidir”

07.07.2024 14:40

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi artıq 3 gündür komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir. Futbolçu “qırmızı-ağlar”ı seçmə səbəbini belə izah edib: “İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm”. İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb: “Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək yaxşı nəticələr qazanacağıq”. K. Jatoba Azərbaycan çempionatı haqda da danışıb: “Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqanda oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.


Nəticələr


2
2
26.05.2024 20:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 20 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

REKLAM