f ARAZ fk
<p>"<strong>Dəyişilməli çox şey var..."</strong></p>

"Dəyişilməli çox şey var..."

11.05.2024 21:07

Misli Premyer Liqasının XXXIV turu çərçivəsində bu gün keçirilmiş "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyev in səsləndirdiyi fikirlər: "Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Futbolçular meydanın hər zonası uğrunda mübarizə apardılar. Artıq neçənci oyundur ki, qol epizodları yaradır, amma realizə edə bilmirik. Əvəzində sadə vəziyyətdən qapımızda qol görürük. Dəyişilməli çox şey var, lakin komandanın özəyini də saxlamalıyıq. Qarşıda iki oyunumuz qalıb, həmin matçları düşünməliyik.
Rəqibin istəksiz olduğu fikri ilə razı deyiləm. Onlar da oyun zamanı meydanın hər qarışı uğrunda mübarizə apardılar. Epizodları niyə dəyərləndirə bilmədik? Bu ayrı mövzudur. Bəzən futbolçudan konsentrasiya, bəzən isə soyuqqanlı davranmaq tələb olunur. "Araz-Naxçıvan" Premyer Liqada yenidir, daha da yaxşı olmağı lazımdır".


Nəticələr


02.08.2024 20:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 0 0 0 0 0-0 0
2 Zirə 0 0 0 0 0-0 0
3 Sabah 0 0 0 0 0-0 0
4 Sumqayıt 0 0 0 0 0-0 0
5 Neftçi 0 0 0 0 0-0 0
6 Turan Tovuz 0 0 0 0 0-0 0
7 Səbail 0 0 0 0 0-0 0
8 Araz-Naxçıvan 0 0 0 0 0-0 0
9 Kəpəz 0 0 0 0 0-0 0
10 Qəbələ 0 0 0 0 0-0 0

Bombardirlər

REKLAM