f ARAZ fk
<p><strong>A. Bağırov: </strong>"<strong><span style="color:rgb(5, 5, 5)">Bəzi oyunlar oldu ki, istədiyimiz effekti ala bilmədik</span></strong>"</p>

A. Bağırov: "Bəzi oyunlar oldu ki, istədiyimiz effekti ala bilmədik"

31.03.2024 22:08

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Sumqayıt" - "Araz-Naxçıvan" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçimiz Azər Bağırovun səsləndirdiyi fikirlər: "İlk dəfədir Sumqayıtdakı yeni inşaa olunmuş stadionda oluruq. Komanda üçün xeyirli olsun, bu arenada avrokubok oyunları keçirməklərini arzulayırıq. Oyunla bağlı çox danışmaq istəmirəm. Hakimlər sağ olsunlar. Onlar haqda danışmaqdan yorulmuşuq, amma qarşı tərəf yorulmadı bu cür qərarlar verməkdən. Rəqibin zərbəsindən sonra Miçonun ağzından qan gəlir, amma referi matçı saxlamır. Penalti haqda isə danışmağa dəyməz. Günahı onların üzərinə atmıram. "Qəbələ" ilə matçda oyunçumuza hakim haqlı olaraq qırmızı vərəqə gostərdi, etiraz etmədik, nə də bu haqda hansısa fikir bildirmədik. Bu dəfə belə epizodları niyə görmürlər?
Komandamız qışdan sonra heç də zəif oynamır, sadəcə fasilədə güclənə bilmədik. Bəzi oyunlar oldu ki, istədiyimiz effekti ala bilmədik.
Miço Kuzmanoviç mövsümün əvvəlində daha effektiv idi, indi də diqqət yetirsək, oyun ərzində 11000 metrə yaxın məsafə qət elədiyini görərik. Sadəcə, rəqiblər analiz edir, hər bir oyunçunu bağlamaq üçün tapşırıqlar verirlər".


Nəticələr


1
0
10.11.2024 16:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 12 10 1 1 32-6 31
2 Araz-Naxçıvan 13 9 3 1 16-10 30
3 Turan Tovuz 13 7 5 1 19-10 26
4 Zirə 12 6 2 4 18-9 20
5 Sabah 13 4 6 3 22-19 18
6 Sumqayıt 13 4 1 8 10-16 13
7 Şamaxı 12 3 4 5 10-115 13
8 Neftçi 13 1 7 5 11-19 10
9 Səbail 13 2 2 9 16-23 8
10 Kəpəz 13 2 1 10 10-33 7

Bombardirlər

Bombardirlər:

Felipe Santos (Araz-Naxçıvan) - 6 qol

Sekidika Cesse (Sabah) - 6 qol



 

REKLAM