f ARAZ fk
<p>“Araz-Naxçıvan”ın növbəti transferi</p>

“Araz-Naxçıvan”ın növbəti transferi

23.01.2024 15:24

“Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır. Komandamız Ramin Nəsirli ilə anlaşıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə “6 ay + 1 il” müddətinə anlaşma imzalanıb. “Neftçi”nin yetirməsi olan R.Nəsirli bir müddət Latviyanın güclülər dəstədində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb. “Araz-Naxçıvan”a keçidi ilə bağlı R. Nəsirli saytımıza bunları deyib: “Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.


Nəticələr


0
1
11.05.2024 21:06
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 33 24 4 5 90-32 76
2 Neftçi 34 15 8 11 48-39 53
3 Zirə 33 14 10 9 31-21 52
4 Sabah 33 15 7 11 47-38 52
5 Sumqayıt 33 13 12 8 34-35 51
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 33 11 9 13 49-54 42
8 Kəpəz 34 9 8 17 40-64 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 33 5 5 23 26-63 20

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM