f
Futbolçularımız millilərdə
Futbolçularımız millilərdə
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç, 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Komandamızın sol cinah müdafiəçisi Turan Manafov milliyə dəvət alıb. Daha 2 futbolçumuz isə U-21-in heyətindədir. Belə ki, Abdulla Rzayev və Mirəli Əhmədov beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 21-də isə İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindədir.
Qeyd edək ki, Avram Kristian isə Moldova millisinin heyətinə cəlb olunub.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 333-13 | 29 |
2 | Zirə | 14 | 8 | 4 | 2 | 13-7 | 28 |
3 | Sumqayıt | 15 | 6 | 5 | 4 | 16-16 | 23 |
4 | Səbail | 15 | 6 | 5 | 4 | 23-22 | 23 |
5 | Araz-Naxçıvan | 15 | 6 | 4 | 5 | 17-16 | 22 |
6 | Neftçi | 14 | 5 | 4 | 5 | 15-13 | 19 |
7 | Turan Tovuz | 15 | 4 | 4 | 7 | 23-24 | 16 |
8 | Sabah | 14 | 3 | 4 | 7 | 19-19 | 16 |
9 | Qəbələ | 14 | 3 | 2 | 9 | 11-3 | 11 |
10 | Kəpəz | 14 | 2 | 4 | 8 | 7-24 | 10 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol