f ARAZ fk
<p>Braziliyalı yarımmüdafiəçi komandamızda…</p>

Braziliyalı yarımmüdafiəçi komandamızda…

17.07.2023 16:20

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 1.80 sm boya malik futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını arazpfk.com-la bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.


Nəticələr


0
1
11.05.2024 21:06
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 33 24 4 5 90-32 76
2 Neftçi 34 15 8 11 48-39 53
3 Zirə 33 14 10 9 31-21 52
4 Sabah 33 15 7 11 47-38 52
5 Sumqayıt 33 13 12 8 34-35 51
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 33 11 9 13 49-54 42
8 Kəpəz 34 9 8 17 40-64 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 33 5 5 23 26-63 20

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM