f ARAZ fk
<p><strong>Nuno Miguel “Araz-Naxçıvan”da</strong></p>

Nuno Miguel “Araz-Naxçıvan”da

17.07.2023 15:03

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Komandamız Nuno Miguel Rodrigueslə anlaşıb. Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb. Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq Clube da Covilha”dır. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.

Müqavilə imzaladıqdan sonra futbolçu arazpfk.com-a açıqlama verib: “Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.


Nəticələr


19.05.2024 16:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 34 25 4 5 91-32 79
2 Sumqayıt 34 14 12 8 36-36 54
3 Neftçi 34 15 8 11 48-39 53
4 Zirə 34 14 10 10 31-22 52
5 Sabah 34 15 7 12 47-40 52
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 34 11 9 14 50-56 42
8 Kəpəz 34 9 8 17 40-64 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 34 6 5 23 28-63 23

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 18 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

REKLAM