f
Klub prezidenti və Müşahidə Şurasının sədri seçilib
Klub prezidenti və Müşahidə Şurasının sədri seçilib
Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan Peşəkar Futbol Klubu”nun ümumi yığıncağı keçirilib. Yığıncaqda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib. Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
İdarə Heyətinin tərkibi
Ramin Axundov – Sədr // Prezident
Nurlan Həsənov
Ceyhun Məmmədov
İmran Kələşov
Müşahidə Şurasının tərkibi
Vüqar Abbasov – sədr
Orxan Hüseynov – sədr müavini
Taleh İbrahimov – üzv
Elxan Babayev – üzv
Rövnəq Xəlilov – üzv
Mahir Şıxəliyev – üzv
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 333-13 | 29 |
2 | Zirə | 14 | 8 | 4 | 2 | 13-7 | 28 |
3 | Sumqayıt | 15 | 6 | 5 | 4 | 16-16 | 23 |
4 | Səbail | 15 | 6 | 5 | 4 | 23-22 | 23 |
5 | Araz-Naxçıvan | 15 | 6 | 4 | 5 | 17-16 | 22 |
6 | Neftçi | 14 | 5 | 4 | 5 | 15-13 | 19 |
7 | Turan Tovuz | 15 | 4 | 4 | 7 | 23-24 | 16 |
8 | Sabah | 14 | 3 | 4 | 7 | 19-19 | 16 |
9 | Qəbələ | 14 | 3 | 2 | 9 | 11-3 | 11 |
10 | Kəpəz | 14 | 2 | 4 | 8 | 7-24 | 10 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol