f ARAZ fk
<p>I Divizionda ardıcıl 2-ci qələbəmiz</p>

I Divizionda ardıcıl 2-ci qələbəmiz

31.08.2022 19:03

Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci turun oyunları keçirilib.

         Bu turda “Araz-Naxçıvan” “İmişli” Futbol Klubunun qonağı olub. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunu Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov və Elvin Bayramovdan ibarət hakimlər briqadası idarə edib.

         Oyunun ilk hissəsində rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradan “qırmızı-ağlar” 20-ci dəqiqədə hesabı açıblar. Cərimə zəribəsində edilən asmanı Emil Bayramov başla qapıdan keçirib – 0:1. Qoldan sonra bir neçə epizodda Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev, Bayraməli Qurbanov hesabı artırmağa yaxın olsalar da, qapıçının sayıqlığı buna imkan verməyib. İlk hissənin son dəqiqələrində “İmişli” komandası “status-kvo”nu bərpa etməyə yaxın olub. Lakin qapıçımız Vüsal Şabanov rəqib hücumçunun hesabı bərabərləşdirməyinə imkan verməyib.

         İkinci hissənin əvvəlində oyunun gedişatını ələ alan “Araz-Naxçıvan” 57-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Orxa Əliyev çoxgedişli kombinasiyanı məntiqi sonluqla başa vurub – 2:0. 2 dəqiqə sonra azarkeşlər daha bir qola şahidlik edib. Fərid Kərimzadə müəkəmməl cərimə zərbəsi ilə hesabı 3:0 edib. Bu, həm də oyunda vurulan sonuncu qol olub.

         Ardıcıl iki qələbədən sonra hazırda “Araz-Naxçıvan” turnir cədvəlinə liderlik edir.


Nəticələr


1
1
02.12.2023 22:01
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 14 9 2 3 333-13 29
2 Zirə 14 8 4 2 13-7 28
3 Sumqayıt 15 6 5 4 16-16 23
4 Səbail 15 6 5 4 23-22 23
5 Araz-Naxçıvan 15 6 4 5 17-16 22
6 Neftçi 14 5 4 5 15-13 19
7 Turan Tovuz 15 4 4 7 23-24 16
8 Sabah 14 3 4 7 19-19 16
9 Qəbələ 14 3 2 9 11-3 11
10 Kəpəz 14 2 4 8 7-24 10

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol

REKLAM