f ARAZ fk
<p>Statistika nə deyir?</p>

Statistika nə deyir?

25.08.2022 17:12

- Azərbaycan I Divizionunun 2022-2023-cü illər mövsümünün ilk turunda “Araz-Naxçıvan” doğma arenada “Qarabağ-2” komandası qəbul edib və 5:1 hesabı ilə qələbə qazanıb.

- Bu, “Araz-Naxçıvan”nın çıxış etdiyi çempionatların (peşəkar liqaların) ilk turunda qazandığı 7-ci qələbədir: “Araz” – “Meteor Moskva” 2:0 (1970, “B” sinifi, II zona, II yarımqrup), “Araz” – “Kolxeti-Poti” 1:0 (1985, II dəstə, IX zona), “Şirak Leninakan” – “Araz” 1:2 (1986, II dəstə, IX zona), “Şahdağ Qusar” – “Araz” 0:1 (1990, II dəstə, III zona, 1-12-ci yerlər), “Dinamo-Bakılı” – “Araz” 2:4 (2001, Yüksək dəstə, I mərhələ), “Turan” – “Araz” 1:2 (2013, Azərbaycan I Divizionu), “Araz” – “Qarabağ-2” 5:1 (2022, Azərbaycan I Divizionu).

- 1968-ci ildən bugünədək təşkil edilən çempionatların (peşəkar liqaların) digər ilk turlarında isə “Araz” (Naxçıvan) keçirdiyi 16 qarşılaşmanın 3-də meydanı “sülh”lə tərk etdiyi halda, 13 görüşdə məğlub olub. 

- Bu, həm də “Araz-Naxçıvan”ın doğma arenada qazandığı üçüncü 5:1 hesablı qələbədir. Bunadək “qırmızı-ağlar” 1984-cü ildə “Avtomobilçi” (Mingəçevir, II dəstə, IX zona) və 1988-ci ildə “Yangiyer” (Özbəkistan, II dəstə, VII zona) komandaları üzərində eynihesablı qələbə qazanıb.

- 1970-ci ildə “Terek” (Qroznı), 1977-ci ildə “Dila” (Qori), 1978-ci ildə “Şirak” (Leninakan), 1980-ci ildə “Avtomobilçi” (Mingəçevir), 1989-cu ildə “Spartak” (Əndican) və 2000-ci ildə “Şəmkir” komandaları ilə görüşlərdə isə “Araz” 1:5 hesabı ilə məğlub olub.

- “Qarabağ-2” ilə oyun “Araz-Naxçıvan”ın tarixində bütün liqalar daxil olmaqla, (2014-2015-ci illər mövsümü istisna olmaqla) 880-ci görüşü idi (SSRİ çempionatları – 676 oyun, Azərbaycan çempionatları – 73 oyun, Naxçıvan Region Liqası – 125 oyun, Region Liqasının final mərhələsi – 6 oyun). Bu oyunların 358-də qələbə qazanan “Araz-Naxçıvan”, 127 görüşdə meydanı “sülh”lə tərk edib. 395 qarşılaşmada isə məğlubiyyət acısı dadıb.


Nəticələr


1
1
02.12.2023 22:01
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 14 9 2 3 333-13 29
2 Zirə 14 8 4 2 13-7 28
3 Sumqayıt 15 6 5 4 16-16 23
4 Səbail 15 6 5 4 23-22 23
5 Araz-Naxçıvan 15 6 4 5 17-16 22
6 Neftçi 14 5 4 5 15-13 19
7 Turan Tovuz 15 4 4 7 23-24 16
8 Sabah 14 3 4 7 19-19 16
9 Qəbələ 14 3 2 9 11-3 11
10 Kəpəz 14 2 4 8 7-24 10

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 10 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol

REKLAM