f
Premyer Liqada 25-ci qələbə
Premyer Liqada 25-ci qələbə
"Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının X turuna təsadüf edib.
Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvan klubunun ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 9 | 8 | 0 | 1 | 25-6 | 24 |
2 | Turan Tovuz | 10 | 6 | 3 | 1 | 16-8 | 21 |
3 | Araz-Naxçıvan | 9 | 6 | 2 | 1 | 12-9 | 20 |
4 | Zirə | 9 | 5 | 1 | 3 | 15-7 | 16 |
5 | Sabah | 10 | 4 | 4 | 2 | 20-16 | 16 |
6 | Şamaxı | 9 | 3 | 3 | 3 | 8-8 | 12 |
7 | Neftçi | 10 | 1 | 5 | 4 | 9-16 | 8 |
8 | Səbail | 10 | 2 | 1 | 7 | 15-20 | 7 |
9 | Sumqayıt | 10 | 2 | 1 | 7 | 8-15 | 7 |
10 | Kəpəz | 10 | 1 | 0 | 9 | 6-29 | 3 |
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol