f ARAZ fk
<p><strong>"Oyunun ağır olacağını bilirdik"</strong></p>

"Oyunun ağır olacağını bilirdik"

19.10.2024 20:59

Misli Premyer Liqasının X turu çərçivəsində keçirilən "Şamaxı" - "Araz-Naxçıvan" oyunundan sonra mətbuat konfransında baş məşqçimiz Elmar Baxsıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun olacağını bilirdik. "Şamaxı" Misli Premyer Liqasına yenidən dönsə də, Ayxan müəllim hər zaman mübariz, əzmkar komanda qurur. Onlar birinci dövrədə də bizə çətinlik yaratmışdı. Komandam istədiyimi verməyə çalışdı. Layiqli mübarizə aparıb qələbə qazandıq. Ümumi götürdükdə, hər iki komanda əzmkarlıq göstərdi, oyunun dinamikası yaxşı idi. Müdafiə planında müəyyən boşluqlar verirdik.
Meza Kolli yaxşı keyfiyyətə malik futbolçudur və onun komandamıza faydası dəyəcək. Biz Sezarı iyulda transfer etmək istəyirdik, amma müəyyən səbəblərdən alınmadı.
Rəqibin heyətində itkilər olduğunu bilirdik, amma hazırlığımızı bunun üzərində qurmamışdıq. Çünki bu cür komandalar oyun intizamını qoruyur. Amma oyunun çətin keçəcəyini bilirdik.
Mustafa Əhmədzadə artıq ikinci rəsmi oyununa çıxır. Gənc və perspektivli futbolçudur və onu da Azərbaycan futboluna qazandırmağa çalışırıq. Amma bunun üçün futbolçu da heyətdəki yerini özü qazanmalıdır".

Nəticələr


0
1
19.10.2024 15:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 9 8 0 1 25-6 24
2 Turan Tovuz 10 6 3 1 16-8 21
3 Araz-Naxçıvan 9 6 2 1 12-9 20
4 Zirə 9 5 1 3 15-7 16
5 Sabah 10 4 4 2 20-16 16
6 Şamaxı 9 3 3 3 8-8 12
7 Neftçi 10 1 5 4 9-16 8
8 Səbail 10 2 1 7 15-20 7
9 Sumqayıt 10 2 1 7 8-15 7
10 Kəpəz 10 1 0 9 6-29 3

Bombardirlər

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 6 qol


 

REKLAM