Uşaq futbolu

 

 usq

 

Naxçıvanda uşaq futbolu hər zaman böyük uğurlara imza atıb. Hələ “Araz”ın keçmiş vaxtlarında komandanın əsasını məhz Naxçıvan futbolunun yetişdirdiyi futbolçular təşkil edib. Odur ki, uzun illər muxtar respublikanın böyük futboldan kənar qalmasına baxmayaraq, yenə yerli məşqçilər uşaq futbolunu diqqətdə saxlamayıblar. Bu müddət ərzində blokada vəziyyətində olan muxtar respublika futbol məktəblərinin yetişdirdiyi oyunçular Azərbaycanın bir çox komandalarında forma geyinir. Bununla yanaşı, yetişdirilən uşaqlar Premyer Liqa klublarımızın uşaq akademiyalarından təkliflər alır və onlarln heyətində çıxış edirlər.
2013-cü ildən çıxışını bərpa edən “Araz-Naxçıvan” futbol komandası artıq uşaq futboluna böyük yer ayırıb. Komandanın tərkibində 10, 11, 12, 13 və 14 yaşlılardan ibarət komandalar yaradılıb ki, hazırda Naxçıvan Muxtar Respublikasının daxili çempionatında iştirak edirlər. Məqsəd isə “qırmızı-ağlar” üçün yeni futbolçular yetişdirmək və ötən illərdə olduğu kimi komandanın tərkibini yalnız naxçıvanlı futbolçulardan təşkil etməkdir.
İndi muxtar respublikada uşaq futbolunun inkişaf etməsi üçün bir çox tədbirlər planı hazırlanır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan belə proqramlardan biri də 2016-2020-ci illəri əhatə edir. 4 il ərzində qarşıya qoyulan əsas hədəf minimum halda əsas komandaya 10 futbolçu bəxş etməkdir. Hazırda Naxçıvan və muxtar respublika tərkibində olan rayonlarda 500-ə yaxın uşaq futbolun sirlərini öyrənir və bu 4 il ərzində ildə 4 dəfə olmaqla seleksiya işləri aparılacaq. İstedadlı gənclər yaş qruplarına bölünəcək və onlar elit məşqçilərin rəhbərliyi altında məşq edəcəklər. 4 ilin tamamında isə seçilən uşaqlar əsas heyətə cəlb olunacaqlar.

2019-cu ildə AFFA tərəfindən Naxçıvan Muxtar Respublikasında futbol üzrə 10,11, 12, 13 və 14 yaşlı futbolçular arasında zona birinciliyi keçirilib. Bu yaş qruplarında mübarizə aparan "Araz-Naxçıvan"-ın bütün komandaları final mərhələsinə vəsiqə qazanıb və Bakıda keçiriləcək final mərhələsində muxtar respublikamızı təmsil edəcək.

 

 

 

 

Nəticələr


21.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 29 23 3 3 81-26 72
2 Neftçi 30 13 8 9 39-30 47
3 Zirə 30 12 10 8 26-18 46
4 Sumqayıt 30 11 11 8 28-33 44
5 Turan Tovuz 30 11 9 10 46-40 42
6 Sabah 29 11 7 11 39-35 40
7 Səbail 29 10 8 11 42-46 38
8 Araz-Naxçıvan 30 8 8 14 28-42 32
9 Kəpəz 29 8 6 15 32-54 30
10 Qəbələ 30 4 4 22 21-58 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Toral Bayramov ("Qarabağ") - 9 qol
Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

REKLAM