f ARAZ fk
<p>"<strong>Motivasiyanı yaxşılaşdırıb sona qədər mübarizə aparmalıyıq"</strong></p>

"Motivasiyanı yaxşılaşdırıb sona qədər mübarizə aparmalıyıq"

21.04.2024 22:44

Misli Premyer Liqasının XXXI turunun son matçında "Səbail"lə qarşılaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Oyun bərabər səviyyədə keçdi. Sadəcə çoxsaylı hücumlar yaratsaq da, son nöqtəni qoymaqda çətinlik çəkdik. Oyun planında komandaya iradım yoxdur. Amma bəzi elementlər var ki, onları da məşq prosesində duzəltməliyik. Motivasiyanı yaxşılaşdırıb sona qədər mübarizə aparmalıyıq.
Bugünkü məğlubiyyətimizin səbəbi psixoloji amillə bağlı deyil. Çalışırıq ki, bu məqam oyun planımıza təsir etməsin. Uşaqlar meydanda çalışırlar, mübarizə aparırlar, sadəcə, ani diqqətsizlikdən sonra rəqib iki standart vəziyyətdən istifadə edib, qollar vurdu. Bu da futbolun qaçılmaz hissəsidir. Gərək daha çox çalışasan ki, buna yol verməyəsən".

Nəticələr


0
1
11.05.2024 21:06
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 33 24 4 5 90-32 76
2 Neftçi 34 15 8 11 48-39 53
3 Zirə 33 14 10 9 31-21 52
4 Sabah 33 15 7 11 47-38 52
5 Sumqayıt 33 13 12 8 34-35 51
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 33 11 9 13 49-54 42
8 Kəpəz 34 9 8 17 40-64 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 33 5 5 23 26-63 20

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM