f ARAZ fk
<p><strong>“Əsas odur ki, panikaya düşmədik”</strong></p>

“Əsas odur ki, panikaya düşmədik”

19.09.2023 06:44

“Neftçi” üzərində qazanılan qələbə sayəsində aktivindəki xalların sayını 10-a çatdıran və turnir cədvəlində 5-ci pilləyə yüksələn “Araz-Naxçıvan” 2 günlük istirahətin ardından bu gün məşqlərini bərpa edir. Komandamız günü 2 məşqlə başa vuracaq. Həm son matçla, həm də növbəti görüşlə bağlı “ağ-qırmızılar”ın qapıçısı Avram Kristian arazpfk.com-a müsahibə verib.

- Başlayaq “Neftçi” ilə oyundan. Əksəriyyət “Araz-Naxçıvan”ın qələbəsini sürpriz hesab edir...

- Elə deməzdim. Bilirəm, “Neftçi” iddialıdır, çempionluq uğrunda mübarizə aparır, heyətində çoxsaylı futbolçu var. Biz də rəqibin kimliyindən asılı olaraq bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa oyuna çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə matça da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.

- Muhammed Kadiri qırmızı vərəqə alan zaman nə düşündün?

- Kadiri oyun epizodu zamanı ikinci sarı-qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, konsentrasiyamızı artırdıq, daha diqqətli olduq.

- Komandamız növbəti oyunda “Səbail”lə qarşılaşacaq. Onların da 3 oyunluq qələbə seriyası var. Bu rəqib haqda nə düşünürsən?

- İki günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur.

- Çempionatın hazırkı bombardirinin “Səbail”də çıxış etməsi xüsusi diqqət tələb edirmi?

- Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir.

- Oyunun süni örtüklü meydanda keçirilməsi səni narahat etmir?

- Biz peşəkar futbolçularıq. Əlbəttə, daha yaxşı olardı ki, bütün oyunlar təbii örtüklü meydanlarda keçirilsin. Amma bu gün şərait budursa, razılaşmaq lazımdır.

- Premyer Liqa haqda nə düşünrsən?

- Oyunlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir.

- Hazırda komandamız 5-ci pillədə məskunlaşıb. Yuxarı yerlərə qalxmaq mümkün olacaqmı?

- Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü filan pillədə başa vuracam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin 4 komandanın aktivində eyni sayda xal var.


Nəticələr


0
1
19.10.2024 15:30
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 9 8 0 1 25-6 24
2 Turan Tovuz 10 6 3 1 16-8 21
3 Araz-Naxçıvan 9 6 2 1 12-9 20
4 Zirə 9 5 1 3 15-7 16
5 Sabah 10 4 4 2 20-16 16
6 Şamaxı 9 3 3 3 8-8 12
7 Neftçi 10 1 5 4 9-16 8
8 Səbail 10 2 1 7 15-20 7
9 Sumqayıt 10 2 1 7 8-15 7
10 Kəpəz 10 1 0 9 6-29 3

Bombardirlər

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 6 qol


 

REKLAM