f
“Araz-Naxçıvan”ın liderliyi davam edir
“Araz-Naxçıvan”ın liderliyi davam edir
Azərbaycan I Divizionunda 13-cü turun oyunlarına start verilib.
Ötən tutu qələb ilə başa vuran “Araz-Naxçıvan” Bakıd şəhərində yerləşən “Asko Arena”da yerli “Səbail-2” komandasının qonağı olub. Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov və Əli Əliyev ibarət hakimlər briqadası idarə etdiyi görüş komandamızın qələbəsi ilə başa çatıb.
Oyunun ilk dəqiqələri hər iki komanda üçün kəşfiyyat xarakterli keçib. Ara-sıra qapılara edilən hücumlarda gah hücumçuların qeyri-dəqiq oyunu, gah da qapıçıların sayqılığı topun tordan keçməsinə maneçilik törədib. Görüşün ilk yarımsaatında rəqib komandanın hücumu zamanı qapıya edilən zərbəni qapıçımız Vüsal Şabanov iki cəhdə dəf edib. 37-ci dəqiqədə isə “Araz-Naxçıvan”ın forvardı Saboa De Lüsenin zərbəsi zəif alınıb.
İkinci hissə isə komandamız üçün uğurlu alınıb. Əvvəlcə, 54-cü dəqiqədə rəqib müdafiəçilərinin səhvindən istifadə edən Bayraməli Qurbanov tablodakı sıfırları dəyişməyə müvəffəq olub – 1:0. Hücumlarının kəsərini artıran komandamız 70-ci dəqiqədə rəqibi ikinci dəfə mərkəzə dəvət edib. Belə ki, sağ cinahdan edilən asmanı Bayraməli Qurbanov qapıdan keçirməklə, dubla imza atıb – 2:0. Bu, eyni zamanda görüşdə vurulan sonuncu qol olub.
Bu qələbədən sonra “Araz-Naxçıvan” 29 xalla turnir cədvəlinə başçılıq edir.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Araz-Naxçıvan PFK | 20 | 16 | 2 | 2 | 51-13 | 40 |
2 | Neftçi-2 | 19 | 13 | 1 | 5 | 42-22 | 40 |
3 | Qəbələ-2 | 20 | 11 | 4 | 5 | 39-22 | 37 |
4 | Turan Tovuz-2 | 19 | 11 | 2 | 6 | 31-18 | 35 |
5 | MOİK | 20 | 10 | 4 | 6 | 35-32 | 34 |
6 | Kəpəz-2 | 20 | 10 | 3 | 7 | 32-25 | 33 |
7 | Səbail-2 | 19 | 9 | 3 | 7 | 34-32 | 30 |
8 | Zaqatala | 19 | 7 | 4 | 8 | 31-38 | 25 |
9 | Şamaxı-2 | 19 | 7 | 3 | 9 | 24-35 | 24 |
10 | Qaradağ Lökbatan | 20 | 7 | 3 | 10 | 21-20 | 24 |
11 | Qarabağ-2 | 20 | 6 | 3 | 11 | 21-31 | 21 |
12 | İmişli FK | 20 | 6 | 1 | 13 | 17-45 | 19 |
13 | Zirə-2 | 19 | 5 | 4 | 10 | 19-30 | 19 |
14 | Mingəçevir | 19 | 4 | 3 | 12 | 24-36 | 15 |
15 | Sumqayıt-2 | 19 | 2 | 4 | 13 | 19-41 | 10 |
Orxan Əliyev ("Araz Naxçıvan") - 19 qol
İlham Allahverdiyev (MOİK) - 15 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 12 qol