f ARAZ fk
<p><strong>Komandamız liderliyə yüksəldi</strong></p>

Komandamız liderliyə yüksəldi

01.12.2022 17:14

         Azərbaycan I Divizionunda 12-ci turun oyunlarına yekun vurulub.

         Bu turda “Araz-Naxçıvan” doğma arenada “Qaradağ Lökbatan” komandasını qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunu Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edib.

         Son oyunlarda uğursuzluqla üzləşən komandamız bu oyuna sürətli hücumlarla başlayıb. Artıq 9-cu dəqiqədə sağ cinahdan qapı önünə edilən ötürməni Orxan Əliyev tora qovuşdurub – 1:0. Qoldan sonra hücumlarının kəsərini artıran “Araz-Naxçıvan” hesab arasındakı fərqi artırmağa yaxın olsa da, rəqib qapıçının sayıqlığı buna imkan verməyib. Xüsusilə, iki epizodda Bayraməli Qurbanov qapıçı ilə dueldən məğlub ayrılıb. İlk hissənin son dəqiqələrində Orxan Əliyev hesab arasındakı fərqi artırsa da, hakim qayda pozuntusuna görə qolu qeydə almayıb.

         İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Ardıcıl hücumlardan sonra 67-ci dəqiqədə tablodakı hesab dəyişib. Belə ki, cərimə meydançasında futbolçumuza qarşı edilən kobudluğu hakim penalti zərbəsi ilə cəzalandırıb. Topa yaxınlaşan Orxan Əliyev oyunda dublunu rəsmiləşdirib – 2:0. Bir dəqiqədə sonra isə meydana yenicə daxil olan futbolçumuz Söhrab Faxrabadi qapıçı ilə üzbəüz epizoddan yararlana bilməyib. Az sonra Fərid Kərimzadənin cərimə zərbəsindən qapıya yönləndirdiyi top qapı tirinə tuş gəlib. Oyunun sonlarında rəqiblərin səylərinə baxmayaraq, hesab dəyişməyib.

         Bu qələbədən sonra “Araz-Naxçıvan” 26 xalla turnir cədvəlinə başçılıq edir.


Nəticələr


21.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 30 23 3 4 83-29 72
2 Neftçi 30 13 8 9 39-30 47
3 Zirə 30 12 10 8 26-18 46
4 Sumqayıt 30 11 11 8 28-33 44
5 Sabah 30 12 7 11 42-37 43
6 Turan Tovuz 30 11 9 10 46-40 42
7 Səbail 30 10 9 11 45-49 39
8 Araz-Naxçıvan 30 8 8 14 28-42 32
9 Kəpəz 30 8 7 15 35-57 32
10 Qəbələ 30 4 4 22 21-58 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM