f ARAZ fk
<p>Mövsümdə ikinci heç-heçə</p>

Mövsümdə ikinci heç-heçə

05.11.2022 20:01

Bu turda “Araz-Naxçıvan” doğma arenada MOİK-i qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunu Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev və Sərxan İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan “Araz-Naxçıvan” 8-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Sol cinahdan başlanılan hücumu Nəzrət İsayev məntiqi sonluqla yekunlaşdırıb – 1:0. Qoldan sonra əlverişli imkanlardan istifadə edə bilməyən komandamız 21-ci dəqiqədə qapısının toxunulmazlığını qoruya bilməyib. Belə ki, rəqibin hücumundan İlham Allahverdiyev “status-kvo”nu bərpa edib – 1:1. Lakin rəqibin sevinci uzun sürməyib. Cərimə meydançasına edilən asmanı komandamızın müdafiəçisi Ege Atlam Adnan başla qapıdan keçirib – 2:1. İkinci hissəyə də hücumlarla başlayan komandamız 53-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Cərimə meydançasında futbolçumuza qarşı edilən kobudluq hakimin diqqətindən qaçmayıb və rəqib qapısına 11 metrlik   zərbə təyin edilib. Orxan Əliyev fürsəti boşa verməyib – 3:1. Oyunun başa çatmasına 10 dəqiqə qalmış İlham Allahverdiyev oyunda het-trik edib. O, 82 və 84-cü dəqiqələrdə fərqlənib – 3:3. Bu qol eyni zamanda oyunda vurulan sonuncu qol olub.10 turdan sonra “Araz-Naxçıvan” 23 xalla turnir cədvəlinə başçılıq edir.   


Nəticələr


3
0
15.03.2023 18:16
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Araz-Naxçıvan PFK 20 16 2 2 51-13 40
2 Neftçi-2 19 13 1 5 42-22 40
3 Qəbələ-2 20 11 4 5 39-22 37
4 Turan Tovuz-2 19 11 2 6 31-18 35
5 MOİK 20 10 4 6 35-32 34
6 Kəpəz-2 20 10 3 7 32-25 33
7 Səbail-2 19 9 3 7 34-32 30
8 Zaqatala 19 7 4 8 31-38 25
9 Şamaxı-2 19 7 3 9 24-35 24
10 Qaradağ Lökbatan 20 7 3 10 21-20 24
11 Qarabağ-2 20 6 3 11 21-31 21
12 İmişli FK 20 6 1 13 17-45 19
13 Zirə-2 19 5 4 10 19-30 19
14 Mingəçevir 19 4 3 12 24-36 15
15 Sumqayıt-2 19 2 4 13 19-41 10

Bombardirlər

Orxan Əliyev ("Araz Naxçıvan") - 19 qol
İlham Allahverdiyev (MOİK) - 15 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 12 qol

REKLAM