f ARAZ fk
<p>5-də 5</p>

5-də 5

28.09.2022 17:33

Azərbaycan I Divizionunda mübarizə aparan “Araz-Naxçıvan” növbəti oyununu keçirib.

         Turnir cədvəlinin vahid lideri olan Naxçıvan təmsilçisi Naxçıvan Muxtar Respublika Stadionunda “Sumqayıt-2” Futbol Klubunu qəbul edib. Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov və İrşad Aydınovdan ibarət hakimlər briqadasının idarə etdiyi görüşə maraq böyük olub

         Oyuna sürətli başlayan “Araz-Naxçıvan” ilk 10 dəqiqədə rəqib qapısı önündə iki təhlükəli qol vəziyyəti yaradıb. Lakin futbolçuların qeyri-dəqiq oyunu hesabın açılmasına maneçilik törədib. Yerli azarkeşlər ilk qola 27-ci dəqiqədə şahidlik ediblər. Cərimə meydançasında ideal ötürmə alan Orxan Əliyev aşırma zərbə ilə hesabı açıb – 1:0. İlk hissənin son 5 dəqiqəsində isə komandamız rəqib qapısı ağzında yaratdığı epizodları qolla nəticələndirib. Belə ki, 42-ci dəqiqədə kapitan Orxan Əliyev oyunda dublunu rəsmiləşdirib. 2 dəqiqə sonra isə Fərid Kərimzadə rəqibi 3-cü dəfə mərkəzə dəvət edib – 3:0.

         İkinci hissəyə də hücumlarla başlayan “qırmızı-ağlar” rəqib qapısında təhlükəli vəziyyətlər yaradıblar. Əvvəlcə, Fərid Kərimzadə, daha sonra De Saboa İv Lüsyenin zərbələrində bir qədər dəqiqlik çatışmayıb. 64-cü dəqiqədə Orxan Əliyev sol cinahdan edilən asmanı başla qapıdan keçirərək, hesab arasındakı fərqi 4-ə çatdırıb. Kapitan eyni zamanda, cari mövsümdə ilk het-trikini edib – 4:0. Bu, həm də görüşdə vurulan sonuncu qol olub.

         Cari mövsümdə keçirdiyi 5 oyunun hamısında qalib gələn “Araz-Naxçıvan” 15 xalla turnir cədvəlinə başçılıq edir.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM