f ARAZ fk
<p><strong>“Araz-Naxçıvan”dan növbəti qələbə</strong></p>

“Araz-Naxçıvan”dan növbəti qələbə

06.09.2022 18:31

         Futbol üzrə Azərbaycan I Divizionunun 3-cü turuna start verilib.

         İlk iki turu qələbə ilə başa vuran “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublika Stadionunda “Şamaxı-2” Futbol Klubunu qəbul edib.

Oyuna sürətli başlayan komandamız 21-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Xəyal Tomarov yerli azarkeşləri sevindirib – 1:0. Az sonra “qırmızı-ağlar” rəqibi ikinci dəfə mərkəzə dəvət ediblər. Bu dəfə Orxan Əliyev hesab arasındakı fərqi artırıb – 2:0. Orxan Əliyev ilk hissənin sonlarında “dubl” etməyə yaxın olub. Onun yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edib.

İkinci hissə də komandamız üçün yaxşı başlayıb. Fərid Kərimzadənin mükəmməl zərbəsindən sonra komandamız fərqi üç topa çatdırıb. Hücumlarını davam etdirən “Araz-Naxçıvan” daha iki dəfə fərqlənib. Əvvəlcə, Bayraməli Qurbanov rəqib qapıçını məyus edib. 60-cı dəqiqədə isə Xəyal Tomarov oyunda ikinci qolunu vurmaqla, qələbədə böyük pay sahibi olub. Qoldan sonra “qırmızı-ağlar” bir neçə epizodda hesab arasındakı fərqi artırmağa yaxın olsalar da, qapıçını sayıqlığı buna imkan verməyib.

Bu görüşdən də qələbə ilə ayrılan “Araz-Naxçıvan” 9 xalla turnir cədvəlinə başçılıq edib.


Nəticələr


21.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 30 23 3 4 83-29 72
2 Neftçi 30 13 8 9 39-30 47
3 Zirə 30 12 10 8 26-18 46
4 Sumqayıt 30 11 11 8 28-33 44
5 Sabah 30 12 7 11 42-37 43
6 Turan Tovuz 30 11 9 10 46-40 42
7 Səbail 30 10 9 11 45-49 39
8 Araz-Naxçıvan 30 8 8 14 28-42 32
9 Kəpəz 30 8 7 15 35-57 32
10 Qəbələ 30 4 4 22 21-58 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM