İkinci dövrə start götürdü
İkinci dövrə start götürdü
Azərbaycan Region Liqası Naxçıvan zonasında ikinci dövrəyə start verilib.
İkinci dövrənin ilk oyununda “Araz-Naxçıvan” Ordubadın “Dübəndi” komandasını qəbul edib. Komandamız bu görüşdə böyükhesablı qələbə qazanıb. “Qırmızı-ağlar”ın ən gənc futbolçusu Sabir Məmmədov cari mövsümdə ilk dəfə olaraq komandanın heyətində qol hesabını açmaqla yanaşı, həm də het-trik edib.
“ARAZ-NAXÇIVAN” – “DÜBƏNDİ” 12:0
(Sabir Məmmədov – 3, Vüsal Əliyev – 2, Pərvin Rüstəmov – 2, Adəm Əsgərov, Əsgər Əsgərov, Hüseyn Əliyev, Fəhmin Qasımov, avtoqol)
Araz-Naxçıvan: Afiq Musayev – Çingiz Qurbanov, Əsgər Əsgərov, Seymur Rəhimov, Pərvin Rüstəmov – Adəm Əsgərov, Fərid Cəfərli, Elvin Rzayev, Elvin Əsədullayev – Vüsal Əliyev, Fəhmin Qasımov.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Araz-Naxçıvan PFK | 12 | 12 | 0 | 0 | 106-4 | 36 |
2 | Arpaçay | 11 | 8 | 1 | 2 | 47-22 | 25 |
3 | Babək | 13 | 7 | 1 | 5 | 33-46 | 22 |
4 | Əlincə | 13 | 4 | 3 | 6 | 46-54 | 15 |
5 | Batabat | 13 | 4 | 2 | 7 | 44-67 | 14 |
6 | Dübəndi | 12 | 4 | 1 | 7 | 36-56 | 13 |
7 | Kəngərli | 12 | 3 | 3 | 6 | 41-44 | 12 |
8 | Sədərək | 10 | 0 | 1 | 9 | 8-62 | 1 |
Kənan Məmmədov (Batabat) - 28 qol
Mirəli Seyidov (Kəngərli) - 21 qol
Fəhmin Qasımov (Araz-Naxçıvan) - 18 qol
Hüseyn Əliyev (Arpaçay) - 12 qol