f ARAZ fk
<p>İkinci tura yekun vurulub</p>

İkinci tura yekun vurulub

01.12.2021 09:42

Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında ikinci turun oyunları keçirilib.
İlk turda böyük hesablı qələbə qazanan Şərurun “Arpaçay” komandası doğma meydanda Babəkin eyniadlı komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Culfanın “Əlincə” komandası isə sədərəkli həmkarlarından üstün olub – 10:1.
Çempionatın favoriti “Araz-Naxçıvan” muxtar respublika stadionunda Şahbuzun “Batabat” komandası ilə üz-üzə gəlib. Üstün oyun sərgiləyən “qırmızı-ağlar” meydanı böyük hesablı qələbə ilə tərk ediblər – 12:0. Uzunoba Təlim-Məşq İdman Kompleksində keçirilən günün digər görüşündə “Dübəndi” və “Kəngərli” komandaları qarşılaşıb. Gərgin keçən oyunda Ordubad komandası qələbə qazanıb – 6:3.
İlk iki turdan sonra turnir cədvəlinə 6 xalla “Araz-Naxçıvan” başçılıq edir. Eyni xala malik “Arpaçay” ikinci, 3 xalı olan “Əlincə” isə üçüncü yerdə qərarlaşıb.

"Arpaçay" - "Babək" 4:0

"Əlincə" - "Sədərək" 10:1

"Araz-Naxçıvan" - "Batabat" 12:0

"Kəngərli" - "Dübəndi" 3:6


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM