İlk tura yekun vurulub
İlk tura yekun vurulub
Azərbaycan Region Liqasının Naxçıvan zonası üzrə oyunlarına start verilib.
Uzunoba Təlim-Məşq İdman Kompleksində “Babək” komandası çətin keçən görüşdə “Əlincə” (Culfa) komandasını 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
Turun digər iki görüşündə azarkeşlər bolqollu oyunlar izləyib. Sədərək rayonunda keçirilən oyunda “Arpaçay” (Şərur) komandası meydan sahiblərini məğlub etməkdə çətinlik çəkməyib – 0:7. Kəngərlinin eyniadlı komandası isə səfərdə Şahbuzun “Batabat” komandası üzərində böyükhesablı qələbəyə sevinib – 2:12.
Qeyd edək ki, Naxçıvan zonasının qalibi olacaq komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.
"Sədərək" - "Arpaçay" 0:7
"Babək" - "Əlincə" 4:3
"Batabat" - "Kəngərli" 2:12
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Araz-Naxçıvan PFK | 12 | 12 | 0 | 0 | 106-4 | 36 |
2 | Arpaçay | 11 | 8 | 1 | 2 | 47-22 | 25 |
3 | Babək | 13 | 7 | 1 | 5 | 33-46 | 22 |
4 | Əlincə | 13 | 4 | 3 | 6 | 46-54 | 15 |
5 | Batabat | 13 | 4 | 2 | 7 | 44-67 | 14 |
6 | Dübəndi | 12 | 4 | 1 | 7 | 36-56 | 13 |
7 | Kəngərli | 12 | 3 | 3 | 6 | 41-44 | 12 |
8 | Sədərək | 10 | 0 | 1 | 9 | 8-62 | 1 |
Kənan Məmmədov (Batabat) - 28 qol
Mirəli Seyidov (Kəngərli) - 21 qol
Fəhmin Qasımov (Araz-Naxçıvan) - 18 qol
Hüseyn Əliyev (Arpaçay) - 12 qol