f ARAZ fk
<p>Püşk atılıb</p>

Püşk atılıb

15.11.2021 17:18

Futbol üzrə Region Liqasının 2021/2022-ci il mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb.
Muxtar Respublika Stadionunun iclas zalında klub nümayəndələrinin iştirakı ilə reallaşan püşkatma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev yeni mövsümlə bağlı təşkilati-hüquqi məsələlər və reqlament barədə məlumatları diqqətə çatdırıblar. Komandaların mövsümə hazırlığı ilə bağlı vəziyyət müzakirə olunub və liqaya növbəti həftə sonunda start verilməsi qərara alınıb. 
Sonra püşk atılıb. Püşkatmanın nəticələrinə əsasən birinci turda “Babək”-“Əlincə” (Culfa), “Sədərək”-“Arpaçay” (Şərur), “Şahbuz”-“Kəngərli” və “Dübəndi” (Ordubad)-“Araz Naxçıvan” oyunları keçiriləcək. 
Qeyd edək ki, qalib 14 turluq mübarizəyə əsasən müəyyən ediləcək və Region Liqasının reqlamentinə əsasən  həmin klub ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək. 


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM