f
AFFA-da təhlükəsizlik xidməti ilə bağlı seminar keçirilib
AFFA-da təhlükəsizlik xidməti ilə bağlı seminar keçirilib
Bu gün "Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində klubların təhlükəsizlik xidməti üçün UEFA seminarı keçirilib. Futbolinfo.az xəbər verir ki, UEFA nümayəndələri Kenneth Scott, Marc Timmer və David Petriaşvilinin rəhbərlik etdiyi seminarda klublarla yanaşı, Daxili İşlər Nazirliyinin, AFFA-nın və PFL-in nümayəndələri iştirak edib.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Avropa futbol qurumunun nümayəndələrinə tədbirdə iştirak etdiklərinə görə AFFA-nın adından minnətdarlığını bildirib, seminarın işinə uğurlar arzulayıb.
İştirakçılara oyunlar zamanı təhlükəsizlik xidmətinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, stadionlarda təhlükəsizliyin təmin olunmasının müasir üsulları haqda danışılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub. (AFFA)
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Qarabağ | 10 | 9 | 0 | 1 | 28-6 | 27 |
2 | Turan Tovuz | 11 | 7 | 3 | 1 | 18-9 | 24 |
3 | Araz-Naxçıvan | 10 | 6 | 3 | 1 | 13-10 | 21 |
4 | Zirə | 10 | 5 | 2 | 3 | 16-8 | 17 |
5 | Sabah | 11 | 4 | 5 | 2 | 20-16 | 17 |
6 | Şamaxı | 10 | 3 | 3 | 4 | 8-11 | 12 |
7 | Sumqayıt | 11 | 3 | 1 | 7 | 9-15 | 10 |
8 | Neftçi | 11 | 1 | 6 | 4 | 9-16 | 9 |
9 | Səbail | 11 | 2 | 1 | 8 | 15-21 | 7 |
10 | Kəpəz | 11 | 1 | 0 | 10 | 7-31 | 3 |
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol