f ARAZ fk
<p>Naxçıvan Futbol Federasiyasının yekun iclası keçirilib </p>

Naxçıvan Futbol Federasiyasının yekun iclası keçirilib 

24.02.2021 10:20

    Gənclər və İdman Naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov  gündəlikdə olan məsələri iştirakçıların diqqətinə çatdırıb.

    Azad Cabbarov çıxışında  bildirib ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, maddi-texniki baza möhkəmləndirilir, müasir idman infrastrukturu formalaşdırılır, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılır.

   İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında  idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

   Federasiya sədri qeyd edib ki, Hazırda muxtar respublikamızda  1244  idmançı  100 qrupda idmanın bu növü ilə məşğuldur.  Ötən dövr ərzində federasiya tərəfindən idmanın bu növünü inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə icra olunan ən əhəmiyyətli işlərdən biri Uzunoba gölünün ətrafında inşa olunan çimərlik futbolu meydançası və Naxçıvan Futbol Federasiyasının Təlim-məşq Kompleksidir. Təlim-məşq Kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir.

   Sədr müavini Sakit Rzayev Naxçıvan Futbol Federasiyası olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və digər idman qurumları ilə sıx əməkdaşlıq etməklə ötən dövr ərzində futbolun müəyyən istiqamətlərində çoxsaylı layihələr, yarışlar, kurs və seminarlar təşkil olunduğunu, ölkə futboluna inteqrasiya proseslərinin regionda bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

      Federasiya nümayəndələrinin ötən il Türkiyənin səfəri zamanı Mərsin şəhərindəki İtaliyanın “İnter” futbol klubunun akademiyası ilə əlaqələrin yaradılması və türkiyəli futbol mütəxəssisləri ilə görüşlərin təşkil olunması haqqında məlumat verərək xarici əməkdaşlıq əlaqələrinin Naxçıvanda bu idman növünün, xüsusən də, uşaq futbolun inkişafına təkan verəcəyini ifadə edib.

     Sakit Rzayev AFFA futbol mütəxəssislərinin iştirakı ilə məşqçi və hakimlər üçün təşkil olunan seminar və təlim-məşq toplanışlarının davam etdirilməsini bu sahədə yeni kadrların hazırlanmasına hesablandığını bildirib.

      Həmçinin ötən il yekunlaşan Naxçıvan Futzal Liqası, futzal üzrə “Badamlı – Naxçıvan Kuboku” və Çimərlik futbolu üzrə Muxtar Respublika  Çempionatı bölgənin futbol həyatında ilk olması ilə yadda qaldı. Futzal klublarımızdan “Nəqşicahan Holdinq” və “Badamlı”nın ilk dəfə iştirak etdiyi ölkə kubokunda 1/8 final mərhələsinə adlaması Naxçıvan futzalının qısa zamandakı inkişaf dinamikasını səciyyələndirən hadisə oldu. Ötən il, Naxçıvan Futbol Federasiyasının rəsmi internet saytı Nff.az istifadəyə verildi. Saytda yaradılan müxtəlif bölmələrdə Naxçıvan futbolu ilə bağlı ümumi məlumatlar və federasiyanın fəaliyyəti ilə tanış olmaq mümkündür. Sakit Rzayev bildirib ki, federasiyamız bundan sonrakı fəaliyyətini də müvafiq tapşırıqlara uyğun və günün tələbləri səviyyəsində quracaq.

    İclasda cari ilin tədbirlər planı təsdiq olunub.

    Sonda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Naxçıvan futbol ailəsi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirən Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının 2021-ci ildə də fəaliyyətini muxtar respublikada bu idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrinin icrası istiqamətində quracağına, eyni zamanda futbol idman növününü inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini ifadə edib, görüləcək işlərin icrası istiqamətində müvafiq tapşırıqlarını verib.


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM