f ARAZ fk
<p>"C" kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsinə start verilib <br />  </p>

"C" kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsinə start verilib 
 

24.02.2021 10:17

     Bu günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilik kursunun ikinci mərhələsi başlayıb. Şərur Olimpiya İdman Kompleksində keçirilən təlimlərdə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, təlimatçılardan İlkin Hüseynov və İlham Əzizzadənin iştirak edir. 
     Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb. Kompleksin mehmanxanasında məskunlaşan məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktiki məşğələlərdə iştirak edirlər. Bu mərhələdə iştirakçılar mütəxəssislərin müşayiəti ilə bərabər sərbəst şəkildə aşağı yaş qrupları – 10-12 yaşlılardan ibarət qruplarda məşq keçməyə çalışırlar. Kursun bu mərhələsinə həftəsonu yekun vurulacaq.
     Kursun sonuncu - 1-5 mart tarixlərini əhatə edəcək üçüncü mərhələsində məşqçilərdən praktiki, şifahi və yazılı imtahan götürüləcək. İmtahanı uğurla tamamlayan iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası veriləcək.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM