f ARAZ fk
<p>Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib</p>

Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib

07.08.2020 12:29

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda 12 komanda iştirak edir.

Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında keçirilən ilk muxtar respublika çempionatında komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar bir görüşdən ibarət oyun keçirəcək və növbəti mərhələyə addımlayacaq. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcək. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar.

Çempionat bir ay davam edəcək.

Artıq iki oyun keçirilib. İlk görüşdə meydana “Prestij” və “Badamlı” komandaları çıxıb. Görüş “Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda “Batabat” və “Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən “Aralıq” komandası meydanı qələbə ilə tərk edib – 9:3.

Bu gün çempionat “C” və “D” qrupunun iki oyunu ilə davam edəcək. Belə ki, əvvəlcə saat 1815-də meydana “Panter” və “Hava Limanı” komandaları çıxacaq. Azarkeşlər saat 1915-də “Antiinhisar”-“Yaycı” görüşünü izləyəcəklər.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM