f ARAZ fk
<p>Əsgər Abdullayev: "Muxtar respublika Azərbaycan futboluna böyük töhfələr verəcək"</p>

Əsgər Abdullayev: "Muxtar respublika Azərbaycan futboluna böyük töhfələr verəcək"

30.07.2020 14:57

Dünən tanınmış məşqçi Əsgər Abdullayevin doğum günü idi. Təcrübəli mütəxəssis 60 yaşını qeyd edirdi. SSRİ-nin idman ustası koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən karantin rejimi səbəbindən yubileyini təm-təraqlı keçirə bilməyib.
Həm doğum gününü təbrik etmək, həm də işləri barədə məlumat almaq üçün “Araz Naxçıvan”ın baş məşqçisi ilə əlaqə saxladıq. 
- Əsgər müəllim, doğum gününüzü təbrik edirik!
- Təşəkkür edirəm.
- 60 yaşınız tamam oldu. Bu münasibətlə AFFA-da çalışan səlahiyyətli şəxslər, dostlarınız sizi təbrik etdilərmi?
- Əlbəttə! Bayaqdan çox adam zəng vuraraq təbrik edir. Hamısı çox sağ olsun. Diqqətdə saxladıqları üçün onlara minnətdaram.
- Ümumiyyətlə, doğum gününüzü qeyd etməyi düşünürsüzmü? Hansısa xüsusi planınız varmı?
- Evdə ailəmlə, övladlarımla birgə keçirəcəm. Ölkədəki karantin səbəbindən geniş qeyd etmək imkanı olmadı. 60 yaşımı ancaq doğmalarımla birgə keçirtmək qismət imiş.
- “Araz Naxçıvan” və Naxçıvan Futbol Federasiyasındakı işinizlə bağlı Muxtar Respublikada idiz. Paytaxta gələ bilmisiz?
- Bəli. Artıq bir müddətdi Bakıya gəlmişəm. 
- Karantin rejimi bitdikdən sonra yubiley tədbiri keçirəcəksizmi? AFFA-dan belə bir təklif oldumu?
- Açığı, elə bir fikrim yoxdu. İndi elə bir dövrdü ki, xəstəlik baş alıb gedir. Federasiyadan da hansısa təklif olmayıb. Dediyim kimi, sadəcə, bu günü ailəmlə birgə keçirəcəm.
- Naxçıvandakı işlər qaydasındadımı?
- Muxtar Respublikada futbolla bağlı çox böyük işlər görülür. Uşaq futboluna xüsusi diqqət ayrılır. 5 yaş qrupundan ibarət komandalar fəaliyyət göstərir. Müəllimlər üçün proqramlar paylanılır. Federasiya nümayəndələri müxtəlif seminarlar keçirirlər. Yeni hakimlərin yetişdirilməsi prosesi həyata keçirilir. Avqustun 1-dən etibarən Naxçıvanda çimərlik futbolu üzrə çempionat start götürəcək. Federasiyada böyük işlər görülür və bu davam etdiriləcək. Mənə elə gəlir ki, tezliklə Naxçıvan futbolunda böyük irəliləyiş olacaq. Muxtar Respublika Azərbaycan futboluna böyük töhfələr verəcək.
- Bu işlərin fonunda Naxçıvanı yenidən böyük futbolda görə bilərik?
- Buna rəhbərlik qərar verə bilər. Ən azı Naxçıvanda peşəkar futbol klubunun fəaliyyət göstərməsi hamımızı sevindirər. Muxtar Respublikada idmanla bağlı hər il müşavirə keçirilir. Ümumiyyətlə, Muxtar Respublikanın Ali Məclisinin sədri, cənab Vasif Talıbov idmanın inkişafına böyük qayğı göstərir. Bu da biz idmançıları çox sevindirir.
- Birinci divizionda komandaların sayı günü-gündən azalır. Bu mövsüm bu liqada çıxış etmək planda varmı?
- Bunu mən də çox istəyirəm, amma qərarı rəhbərlik verir. Bu sualın cavabını onlar versələr, daha doğru olar.
- Siz həm “Araz Naxçıvan”ın baş məşqçisi, həm də Naxçıvan Futbol Federasiyasının böyük məşqçisisiz. Qərar verilsə, komandanız birinci divizionda çıxış edə bilərmi?
- Mən həmişə demişəm ki, futbolda xarakterin böyük əhəmiyyəti var. Burda olan insanlarda bu kefiyyət yüksəkdi. Mən də çox istərdim ki, Naxçıvanı birinci divizonda görüm. 2013-cü ildə çıxış edəndə heyətdə bir-iki naxçıvanlı var idi. Hazırda isə vəziyyət fərqlidi. İşlədiyimiz müddətdə seleksiya işləri apardıq. Yerli uşaqlara üstünlük verdik. İndiki heyətdən ən azı 4-5 nəfər birinci divizonda çıxış edə biləcək səviyyədədi. Onlar öz üzərlərində işləməyi sevirlər və xarakterli futbolçulardı. Bu bölgənin futbolçuları ilə uğurlar əldə etmək olar.


İLKİN SULTANLI, "Futbol+" qəzeti


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM