f ARAZ fk
<p>PFL-dən klublara cavab gəldi</p>

PFL-dən klublara cavab gəldi

05.12.2013 23:30

Bu gün futbolinfo.az saytında klubların Azərbaycan Kubokunun 1/8 final matçının oyunlarına Topaz Premyer Liqasında istifadə etdikləri formala çıxmasına dair yazı getmişdi. Bu anormallıqla bağlı saytımıza açıqlama verən elita təmsilçilərinin nümayəndələri demək olar ki, məsuliyyəti tam olaraq Peşəkar Futbol Liqasının üstünə atmışdı.

Məhz bu ittihamlara cavab olaraq PFL-in də mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında bunları söylədi:

"Bu barədə Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəriliyi ilə də söhbətimiz olmuşdu. Bilirsiz ki, hazırda Azərbaycan Kubokunun titul sponsoru yoxdu. Bunun üçün biz klubların qarşısına belə bir tələb qoymadıq. Düzdü, bəzi klublar üçün bu xırda məsələ ola bilər. Amma etiraf etmək lazımdı ki, Azərbaycanda bu baxımdan vəziyyət Avropadakı kimi deyil. Yəni bizim klublar hələ o səviyyəyə yüksəlməyib ki, futbolçular hər oyundan sonra formalarını azarkeşlərə hədiyyə etsin. Avropa klublarında hər oyun üçün ayrı bir forma olur. Hazırda elə klublarımız var ki, cəmi 2 ədəd forması var. Həmin klubların qarşısında belə bir tələb qoymaq onlar üçün ağır olar. Formanın qolunda əks olunmuş "Topaz" loqosunun üzərinə nəsə tikib, hansısa üsul ilə bağlasaydılar, bu, daha pis görünərdi. Bizim bu məsələ ilə bağlı məlumatımız var idi. Yarışdan bir ay öncə bu məsələni müzakirə etmişdik. Sadəcə olaraq, klubların üzərinə bir o qədər də getmək istəmədik. Əgər Azərbaycan Kubokuna hər hansı bir şirkət sponsorluq etsəydi, biz sözsüz ki, bunları nəzərə alacaqdıq. Klublar qarşısında belə bir tələb qoymaq çətin bir şey deyil. Gələn mövsümdən Azərbaycan Kubokunun sponsoru olsa, bu məsələ üzərində ciddi düşünüləcək".


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM