f ARAZ fk
<p>Naxçıvanın ilk çimərlik futbolu meydançası açılış mərasiminə doğru!</p>

Naxçıvanın ilk çimərlik futbolu meydançası açılış mərasiminə doğru!

21.07.2020 20:29

Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır. Belə ki, ötən ayın 18-dən etibarən Uzunoba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətə gətirilib. İnşaat işləri Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının nəzarəti ilə icra olunub. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın ümumi sahəsi 1200 kvadrat metrdir. Oyun sahəsinin uzunluğu 36 eni isə 26 metrdir. Qum örtüyü üçün narın qumdan (420 kub metr) istifadə olunub . Meydançanın kənarlarına bardur düzülüb, 2 ədəd ehtiyat oyunçular skamyası, eni 5.50, hündürlüyü 2.20 metr olan oyun qapıları quraşdırılıb, bölücü xətlər üçün möhkəm materialdan lent çəkilib. Oyun ərazisinin kənarlarına ilk muxtar respublika çempionatının təşkilatçıları və sponsorlarına aid tanıtım lövhələri düzülüb.

Məlumat üçün bildirək ki, Naxçıvanla yanaşı ölkəmizdə yalnız Bakı, Sumqayıt, Mingəçevir və Astarada çimərlik futbolu meydançaları mövcuddur.

Xatırladaq ki, iyulun 19-dan etibarən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika Çempionatına qatılacaq komandaların onlayn qeydiyyatına başlanılıb. 25 iyulda yekunlaşacaq qeydiyyat prosesindən 3 gün sonra püşkatma keçiriləcək. Avqustun 1-də çempionat start götürəcək.


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM