f ARAZ fk
<p>Komandamız mövsümə qələbə ilə başladı</p>

Komandamız mövsümə qələbə ilə başladı

18.11.2019 15:33

Futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatında (Region Liqasının Naxçıvan regionu üzrə) mövsümün ikinci turuna yekun vurulub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda ilk oyunlar Qərb zonasında mübarizə aparan komandalar meydana çıxıblar. “Arpaçay” “Sədərək” görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci görüşdə isə “Kəngərli” komandası Naxçıvan Dövlət Universitetinin komandasını 2:1 hesabı ilə məğlub edərək növbəti 3 xalını qazanıb.


Mərkəzi zonada isə azarkeşlər bir qədər bolqollu oyunlara şahidlik ediblər. Belə ki, ötən turda qələbəni bayram edən “Dübəndi” komandası bu dəfə “Batabat” komandasını məğlub etməyi bacarıb – 7:2.
 “Babək” komandasını sınağa çəkən “Araz-Naxçıvan” cari mövsümdə keçirdiyi ilk görüşdə meydanı 7:0 hesablı qələbə ilə tərk edib. 

Komandamız meydana aşağıdakı heyətlə çıxıb:

Mövlan Kərimov - Samuel, Nicat Əsgərov, Əsgər Əsgərov, Pərvin Rüstəmov - Elvin Əsədullayev, Şola - Turqay İbrahimov, Elnur Səmədov, Məhəmməd Novruzov, Rotimi.


Qeyd edək ki, çempionat Mərkəz və Qərb zonaları üzrə keçirilir. Müvafiq olaraq 3 və 5 dövrədən ibarət zona yarışları sonunda turnir cədvəlində 1 və 2-ci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.


Nəticələr


21.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 30 23 3 4 83-29 72
2 Neftçi 30 13 8 9 39-30 47
3 Zirə 30 12 10 8 26-18 46
4 Sumqayıt 30 11 11 8 28-33 44
5 Sabah 30 12 7 11 42-37 43
6 Turan Tovuz 30 11 9 10 46-40 42
7 Səbail 30 10 9 11 45-49 39
8 Araz-Naxçıvan 30 8 8 14 28-42 32
9 Kəpəz 30 8 7 15 35-57 32
10 Qəbələ 30 4 4 22 21-58 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM