f ARAZ fk
<p>"Araz-Naxçıvan"a bürünc medallar təqdim olunub</p>

"Araz-Naxçıvan"a bürünc medallar təqdim olunub

10.07.2019 14:56

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında cari mövsümdə Azərbaycan Region Liqasında bürünc medal qazanan “Araz-Naxçıvan”  futbol komandasının mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə komandanın idarə, məşqçi və futbolçu heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturunun yaradılması gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağını gündən-günə artırmaqdadır. Məlum olduğu kimi, Ali Məclisi Sədrinin tapşırığına əsasən Futbol Federasiyasının strukturunda dəyişiklik edilib və muxtar respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Tapşırıqlara əsasən, federasiya mütəmadi olaraq məşqçilərin yığıncağını, seminarını təşkil edir, qarşıdakı mövsümdən etibarən isə uşaq futbol liqalarının yarışlarına start veriləcək.

“Gənclər və idman nazirliyi ilə Futbol Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublika bir sıra beynəlxalq və ölkə miqyaslı yarışların keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı şəhərində keçirilən Azərbaycan Region Liqasında muxtar respublikanı “Araz-Naxçıvan” komandası təmsil edib və böyük uğura imza ataraq liqanın bürünc medallarını qazanıblar”, – deyən Məcid Seyidov qeyd edib ki, növbəti mövsümlərdə əsas hədəf liqanın qalibi olmaqdır. Sonda bütün futbolçuları və məşqçilər korpusunu təbrik edən Məcid Seyidov muxtar respublikanın bölgələrində də bu idman növünün inkişafının diqqətdə saxlanıldığını,  rayon və şəhərlərdə futbolçular üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Yaşar Vahabzadə isə çıxışında vurğulayıb ki, bu gün ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində idmanın inkişafına xüsusi diqqət göstərilir və Azərbaycan dünyada idman ölkəsi kimi ad qazanıb. Bunun nəticəsidir ki, idmançılarmızım beynəlxalq arenalarda böyük uğurlara imza atırlar. Təbii ki, bunun səbəbi yaradılan infrastrukturdur. Hər bir regionda olduğu kimi Naxçıvan Mutar Respublikası da idman sahəsində qazanılan uğurlar qürurvericidir. Naxçıvanın tarixi futbol ənənələri var və bu ənənə yaşamaqdadır. Uzun illər naxçıvanlı futbolçular keçmiş SSRİ yığmalarının heyətində mübarizə aparıblar. Həmçinin, Naxçıvanın “Araz” komandası müstəqillik illərində ölkə çempionatında mübarizə aparıb, futbol üzrə Birinci Divizionun qalibi olub. Bu, onu göstərir ki, Naxçıvan hər zaman Azərbaycan futbolu üçün istedadlı futbolçular yetişdirib. Cari mövsümdən etibarən uşaqlara arasında liqalar təşkil ediləcək ki, bu da futbolun inkişafına, kütləviliyinə böyük təkan verəcək. İnanıram ki, gələcəkdə naxçıvanlı futbolçular müəyyən yaş qruplarında millimizin heyətinə dəvət olunacaq, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edəcəklər. Azərbaycan Region Liqasında da mübarizə aparan və muxtar respublikanı təmsil edən “Araz-Naxçıvan” komandasını qazanılan uğur münasibətilə təbrik edir, gələcək oyunlarda uğurlar arzulayıram”.

Çıxışlardan sonra Azərbaycan Region Liqasında uğur qazanan komandanın üzvlərinə diplom və medallar təqdim edilib.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM