f ARAZ fk
<p>IV "Heydər Əliyev Kuboku" turniri başa çatıb</p>

IV "Heydər Əliyev Kuboku" turniri başa çatıb

27.05.2019 14:11

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi IV Heydər Əliyev Kubokuna yekun vuruldu. Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və “Arpaçay” qalib adı uğrunda mübarizə apardılar.
Yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə ulu öndər Heydər Əliyevin  abidəsi ziyarət olundu. Gülqoyma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər. 
Daha sonra “Arpaçay” və “Araz Naxçıvan” mübarizəsi baş tutdu. Bu oyunda 3:0 hesabı ilə qalib gələn “Araz –Naxçıvan” 3-cü yeri təmin etdi. Sonuncu oyunda isə “Şüvəlan” və MOİK üz-üzə gəldilər. Çempionluq üçün “Şüvəlan”a 1 xal yetərli idisə, MOİK  mütləq qələbə qazanmalı idi. Lakin “Şüvəlan” işinin öhdəsindən layiqincə gəldi və 1-0 hesabı ilə qalib olaraq kuboku muzeyinə apardı, MOİK isə ikinci oldu.  Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri oldu. Ən yaxşı qapıçı adına “Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görüldü. 
Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər. 


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM