f ARAZ fk
<p>Mustafa Dənizli: Buna ehtiyacımız var</p>

Mustafa Dənizli: Buna ehtiyacımız var

05.12.2013 23:42

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Anadolu agentliyinə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis açıqlamasında çempionluq üçün oynayan bir komandada olmadığını söyləyib:

"Hazırda çempionluq üçün oynayan bir komandada deyiləm. Lakin mənim komandanın başında olmağım Azərbaycan futbol ictimaiyyəti tərəfindən hiss olunacaq. Heyətlə birgə bunu bacaracağıq. Biz "bir millət, iki dövlət" anlayışı ilə işimizi davam etdiririk".

Daha sonra Dənizli transfer planlarından da söz açıb: "Bəzi transferlərimiz olacaq. Burada transfer qaydaları bir az fərqlidi. Heyətdə 4 azərbaycanlı futbolçu olmalıdı və bunların birinin 21 yaşdan yuxarı olmaması mütləqdi. Həm yerli, həm də xarici futbolçuların transferi üçün hazırlıq görürük. Ehtiyac olan mövqelərə yeni futbolçular gətirməliyik. Açığı, buna ehtiyacımız var".

Sonda isə 64 yaşlı mütəxəssis Azərbaycan millisi haqda danışmağı da yaddan çıxarmayıb. Türkiyə və Azərbaycan yığmalarının dəfələrlə üz-üzə gəldiyini xatırladan Dənizli bildirib ki, Premyer Liqamızın səviyyəsi hazırda yığmamızın səviyyəsindən daha yüksəkdi: "Bi mövzuda da Azərbaycan futboluna köməyimiz olacaq. Azərbaycan iddialı bir komanda yaratmaq istəyir. Milliyə lazım olan futbolçular bu çempionatdan çıxacaq. Biz bunu daxildə artırsaq, öz adımızdan Azərbaycan futboluna lazım olan dəstəyi verə bilərik".


Nəticələr


21.09.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Turan Tovuz 5 4 1 0 6-0 13
2 Sabah 5 3 1 1 10-7 10
3 Araz-Naxçıvan 5 3 1 1 5-5 10
4 Qarabağ 4 3 0 1 10-3 9
5 Zirə 4 2 0 2 7-5 6
6 Sumqayıt 5 2 0 3 5-6 6
7 Şamaxı 4 1 2 1 3-3 5
8 Səbail 5 1 1 3 7-8 4
9 Neftçi 5 0 4 1 2-4 4
10 Kəpəz 6 0 0 6 2-16 0

Bombardirlər

Bombardir:

Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol

 

REKLAM