f ARAZ fk
<p>İqor Getmanın halvası çalındı</p>

İqor Getmanın halvası çalındı

05.12.2013 23:05

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Simurq" səfərdə "Araz Naxçıvan"ın qonağı oldu. Futbolinfo.az xəbər verir ki, oyunun əsas və əlavə vaxtı bərabərliklə (2:2) başa çatdığından penalti zərbələrinə ehtiyac duyuldu. Penalti zərbələrindən sonra sevinən tərəf isə Naxçıvan təmsilçisi oldu - 4:2. Beləcə, 1/8 final mərhələsində yeganə sensasiya qeydə alındı.

Məşqçi lisenziyası üçün Ukraynaya gedən Georgi Çixradzesiz vacib oyuna çıxan və məğlub olan Zaqatala təmsilçisinin heyətində dəyişikliklərin olması qaçılmazdı. Bunu divizion təmsilçisinə məğlub olaraq kubokla vidalaşan "Simurq"un prezidenti Anar Bəkirov da saytımıza müsahibəsində istisna etməyib:

"Çox bərbad oyun və ağıla gəlməyən bir nəticə oldu. Baş məşqçi burada yoxdu. Gələndən sonra onunla danışığımız olacaq. Baş məşqçi əvvəlcədən heyət qurmuşdu. Amma oyunun gedişində köməkçisi dəyişiklik edə bilmədi. Amma Çixradze olsaydı, oyunun gedişini dəyişə bilərdi. Klubda bəzi dəyişikliklər olacaq. Bir neçə turdu ki, biz səfərdə oynayırdıq, lakin belə də olmaz. Bu səbəbdən çox yerlərdə dəyişiklik ediləcək. Çixradzenin komandadan ayrılmasını fikirləşmirik. Güclü maliyyə vəsaitimiz olmasa da, orta səviyyəli bir komanda yığmışıq. Əsas heyətin bir çox oyunçusu bu oyunda komandaya kömək edə bilməyib. Anderson Oliveyra, Raul Kostin, Ruslan Poladov meydanda deyildi. Bu səbəbdən komandaya hansısa bir cəzanın verilməsini düşünmürəm".

Klub rəhbərinin sözlərindən köməkçi məşqçilərlə yolların ayrılmasını anlamaq olar. Həmin oyunda komandanın İqor Getmanın başçılığı ilə meydana çıxmasını nəzərə alsaq, "Simurq"un tezliklə adıçəkilən mütəxəssislə vidalaşacağını demək olar. Görünür, Əsgər Abdullayevin komandası yalnız qələbə qazanıb növbəti mərhələyə keçmədi, həm də Naxçıvanda İqor Getmanın "halvasını çalmış" oldu.


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM