f ARAZ fk
<p>"Araz-Naxçıvan" "Heydər Əliyev Kuboku" uğrunda yarışın qalibi olub</p>

"Araz-Naxçıvan" "Heydər Əliyev Kuboku" uğrunda yarışın qalibi olub

14.05.2019 15:26

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş futbol üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Final görüşündə “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Görüş “Araz-Naxçıvan” komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla, “qırmızı-ağlar” son 5 mövsümdə 4-cü dəfə kobuku qazanıblar.

Mükafatlandırma mərasimindən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, idman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Muxtar respublikada da uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir, bu sahənin inkişafına davamlı qayğı göstərilir. Naxçıvanda yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bu gün idmançılar üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına zəmin yaradır. Mövcud infrastruktur, eyni zamanda, uşaq və yeniyetmələrin, gənclərin sağlam, peşəkar idmançı kimi formalaşması baxımından böyük rol oynayır.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nailiyyətlər əldə olunur. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də stadionların tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb. Nazir bu turnirdə qalib gələn komandanı təbrik edib, gələcək oyunlarında onlarauğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikamızın bütün rayonlarında və kəndlərində idmana maraq yüksək səviyyədədir. Və burada idmanın kütləviliyinin təmin olunmasına hər zaman xüsusi diqqət yetirilir. İdman sahəsində qazanılan uğurlar sağlam gənc nəslin yetişdirilməsi ilə nəticələnib. Şübhəsiz ki, bu nailiyyətlərin arxasında uğurla həyata keçirilən idman siyasəti dayanır. Muxtar respublikanın kəndlərində idmanın, xüsusilə futbolun inkişafı üçün əlverişli şəraitin olması, eyni zamanda, yeni stadionların yaradılması gənclərin idmana marağını artırır.

Səbuhi Şahverdiyev vurğulayıb ki, rayonlarda belə stadionların olması gənclərdə futbola marağı daha da artıracaq və onlar muxtar respublikanı layiqincə təmsil edəcəklər. O, sərgilədikləri oyuna görə hər iki komandanı təbrik edib, qalib komandaya qarşıda keçiriləcək turnirlərdə uğurlar arzulayıb.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxışında bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı göstərilir. Muxtar respublikanın şəhər və rayonlarında, kəndlərində yeni stadionlar tikilərək gənclərimizin ixtiyarına verilir. Bütün bunlar gənclərə və idmançılara muxtar respublika rəhbəri tərəfindən göstərilən qayğısının bariz nümunəsidir. Kamal Ələkbərov Kəngərli rayonunda istifadəyə verilən yeni stadionda final görüşünün keçirilməsi rayonun yubileyinə növbəti hədiyyə olduğunu qeyd edib.

Sonda final iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qalib komandaya isə kubok təqdim edilib.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM