f ARAZ fk
<p>Muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub</p>

Muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub

17.11.2018 09:53

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatının ilk dövrəsinə yekun vurulub.
Cari mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası ilk dövrəni lider kimi başa vurub. “Qırmızı-ağlar” keçirdiyi 8 görüşdə yalnız bir dəfə heç-heçə edib. Son turda isə Naxçıvan təmsilçisi yaxın izləyicisi “Arpaçay” komandasını səfərdə məğlub etməyi bacarıb. Çempionatın ilk dövrəsində məğlubiyyət üzü görməyən yeganə komanda da məhz “Araz-Naxçıvan”dır.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Şərurun “Arpaçay” komandası 7-ci turda “Araz-Naxçıvan” məğlubiyyətindən sonra səfərdə Sədərəyin eyniadlı komandasının qonağı olub. Çətin keçən görüş Şərur təmsilçisinin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə, eyni zamanda “Arpaçay” komandasını liderə bir qədər yaxınlaşdırıb.

Hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Naxçıvan Dövlət Universitetinin komandası isə son iki turda sərgilədiyi uğursuz oyunlarla diqqəti cəlb edib. Belə ki, tələbələr 7-ci turda “Sədərək” komandasına məğlub olub – 1:3. Son turda isə Culfanın “Əlincə” komandasının qonağı olan universitet təmsilçisi məğlubiyyətdən yaxa qurtara bilməyib – 2:0. Lakin Culfa təmsilçisinə çempionatın reqlamentini pozduğu üçün (qeydiyyatı olmayan futbolçuları oynatdığına görə) texniki məğlubiyyət verilib – 0:3. Cari mövsümdə diqqəti üzərinə müsbət yöndə cəlb edən digər komanda Sədərək təmsilçisidir. Belə ki, “Sədərək” komandası digər mövsümlərlə müqayisədə daha baxımlı oyun sərgiləyir və bunun nəticəsidir ki, ilk dövrəni 4-cü pillədə başa vurub.
Mövsümün ən uğursuz komandaları isə “Batabat” və “Dübəndi”dir. Düzdür, Şahbuz təmsilçisi son turda qələbə qazanmağa müvəffəq olub. Ancaq Ordubad komandası 8 tur ərzində aktivinə bir xal belə, yaza bilməyib. Ümumiyyətlə, “Dübəndi” komandası ilk dövrədə rəqib qapılarından ən az qol keçirən komandadır – 5 top. Ən çox top buraxan komanda isə “Batabat”dır – 34 top.
İlk dövrədə ən çox qol vuran komanda “Arpaçay” (34 top), ən az qol buraxan komanda isə “Araz-Naxçıvan”dır (5 top). İlk yarının ən kobud komandası adını isə NDU “qazanıb” – 13 sarı, 3 qırmızı vərəqə. Onu bu siyahıda “Babək” (16 sarı, 2 qırmızı), “Əlincə” (13 sarı, 1 qırmızı), “Kəngərli” (10 sarı, 1 qırmızı) və “Arpaçay” (9 sarı, 1 qırmızı) komandaları izləyir. Bu sahədə feyr-pley qaydalarına riayət edən komanda isə “Dübəndi”dir – 3 sarı vərəqə.
Bombardirlər cədvəlinə gəlincə, siyahıya “Arpaçay” komandasının hücumçusu İbrahim Əliyev başçılıq edir. Onun aktivində 13 qol var. “Sədərək” komandasının hücumçusu Vəli İsmayılzadə və “Araz-Naxçıvan”ın forvardı Vüsal Əliyev isə müvafiq olaraq 8 və 7 dəfə rəqib qapıçıları məyus ediblər. Tağı Seyidov (Araz-Naxçıvan) və Hüseyn Əliyev (Arpaçay) ilk dövrədə 6 dəfə fərqləniblər.


VII tur
“Sədərək” (Sədərək) – Naxçıvan Dövlət Universiteti 3:1
“Kəngərli” (Kəngərli) – “Dübəndi” (Ordubad) 3:0
“Əlincə” (Culfa) – “Batabat” (Şahbuz) 5:0
“Araz-Naxçıvan” – “Babək” (Babək) 4:3


VIII tur
“Sədərək” – “Arpaçay” 5:7
“Əlincə” – NDU 0:3 (texniki məğlubiyyət)
“Batabat” – “Dübəndi” 3:0
“Kəngərli” – “Babək” 4:1


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM