f ARAZ fk
<p>"Heydər Əliyev Kuboku" turniri başa çatdı</p>

"Heydər Əliyev Kuboku" turniri başa çatdı

18.06.2018 13:16

Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vuruldu. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” oldu. Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazandı. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxdı. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutdu. Bürünc medallara  isə “Zaqatala” yiyələndi.
Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qaldı. 

Turnirin son günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alındı. 

“Zaqatala” 2-2 “Şüvəlan”
(Nicat Muxtarov, 29; Sərxan Abdullayev, 60 // Rəhman Musayev, 34, 74(p.)

“Araz Naxçıvan” 2-2 MOİK
(Nuran Qurbanov, 40;  Fərmayıl Əliyev, 48 // Əli Banişevski, 7; İlqar Ələkbərov, 70.)


Nəticələr


19.05.2024 16:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 34 25 4 5 91-32 79
2 Sumqayıt 34 14 12 8 36-36 54
3 Neftçi 34 15 8 11 48-39 53
4 Zirə 34 14 10 10 31-22 52
5 Sabah 34 15 7 12 47-40 52
6 Turan Tovuz 34 12 9 13 49-49 45
7 Səbail 34 11 9 14 50-56 42
8 Kəpəz 34 9 8 17 40-64 35
9 Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10 Qəbələ 34 6 5 23 28-63 23

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 18 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

REKLAM