f ARAZ fk
<p>Ikinci dövrəyə start verilib</p>

Ikinci dövrəyə start verilib

06.03.2018 09:57

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında ikinci dövrənin ilk turunun oyunları keçirilib.

Turnir cədvəlinin lideri “Araz-Naxçıvan” ikinci dövrəyə də qələbə ilə başlayıb. Belə ki, Naxçıvan təmsilçisi doğma arenada Şərurun “Arpaçay” komandasını qəbul edib və meydanı 3:0 hesablı qələbə ilə tərk edib.  İlk dövrədə baxımlı oyunu ilə seçilən Culfanın “Əlincə” komandası ikinci dövrədə də uğurlu estafeti davam etdirir. Bu dəfə onlar “Babək” komandasını büdrətməyə nail olbular. Bu qələbə culfalıları turnir cədvəlində ikinci edib.

Ordubadın “Dübəndi” komandası isə turnir cədvəlindəki mövqeyni yaxşılaşdırıb. Belə ki, səfərdə “Batabat” komandasının qonağı oan ordubadlılar meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər. Eyni uğura “Sədərək” komandası da imza atıb. Doğma arenada Kəngərlinin eyniadlı komandasını 7:2 hesabı ilə məğlub edən Sədərək təmsilçisi aktivinə daha üç xal yazdırıb.   


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM