f ARAZ fk
<p>İlk dövrəni "Araz-Naxçıvan" lider kimi başa vurdu</p>

İlk dövrəni "Araz-Naxçıvan" lider kimi başa vurdu

20.11.2017 13:53

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub.

Çempionatın ilk dövrəsini “Araz-Naxçıvan” maksimum xalla başa vurub. 7-ci turda “Sədərək” komandasının qonağı olan “qırmızı-ağlar” meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər. Dövrənin son matçında isə Naxçıvan təmsilçisi Şahbuzun “Batabat” komandasını sınağa çəkib və rəqib qapısından 6 cavabsız top keçirib. Turnir cədvəlində onların ən yaxın izləyici isə Naxçıvan Dövlət Universitetinin komandasıdır. Tələbələr son iki turu qələbə ilə başa vurmaqla buna müvəffəq olublar. Öncə Kəngərli təmsilçisinin 7 dəfə mərkəzə dəvət edən NDU (2:7), son turda “Dübəndi” komandası qarşısında 3 xalı çətinliklə əldə edib – 2:1.

Son iki görüşdə xal itkisi “Babək” komandasını dördüncü pilləyə yuvarladıb. Bundan isə Culfanın “Əlincə” komandası maksimum istifadə edib. Belə ki, son iki turda əldə edilən 4 xal culfalıları ilk üç pillədə qərarlaşdırıb.

Şərurun “Arpaçay”, Şahbuzun isə “Batabat” komandanları isə cari mövsümdə autsayder timsalında görünürlər. Düzdür, hər iki komanda son turlarda xal qazansalar da, bu, onlara kifayət etməyib.

 Cari mövsümün bombardirlərinə gəlincə, “Araz-Naxçıvan”ın hücumçusu Turqay İbrahimov və Naxçıvan Dövlət Universitetinin forvardı Samir Kərimovun aktivində 11 qol var.

 

Naxçıvan Muxtar Respublika Çempionatı

 

7-ci tur

“Əlincə” – “Arpaçay” 3:0

“Sədərək” – “Araz-Naxçıvan” 1:4

NDU – “Dübəndi” 2:1

“Babək” – “Kəngərli” 0:0

 

8-ci tur

“Kəngərli” – NDU 2:7

“Arpaçay” – “Sədərək” 2:2

“Dübəndi” – “Əlincə” 1:1

“Araz-Naxçıvan” – “Batabat” 6:0


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM