f ARAZ fk
<p>Futbol üzrə muxtar respublika çempionatında növbəti mövsümə start verilib</p>

Futbol üzrə muxtar respublika çempionatında növbəti mövsümə start verilib

04.10.2017 11:30

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatına start verilib.
9 komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarət olmaqla keçirilir. İlk dövrəyə noyabr ayının sonlarında yekun vurulacaq. İkinci dövrənin oyunları isə gələn il fevral ayının 27-də başlayacaq və may ayının sonlarında başa çatacaq. Hər turda bir komanda istirahət edəcək. 
Artıq çempionatda ilk iki tura yekun vurulub. Son 3 mövsümün çempionu “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə də iddialı olduğunu ilk iki turda qazandığı maksimum xalla sübut edib. Naxçıvan şəhər təmsilçisi “Arpaçay” və “Dübəndi” komandalarının qapısından, ümumilikdə, 10 cavabsız top keçirib. Yeni mövsümə “Babək” komandası da iddialı başlayıb. “Əlincə” (Culfa) komandası ilə ilk turu heç-heçə (1:1) başa vuran babəklilər, ikinci turda “Sədərək” komandasını səfərdə büdrədib – 1:2. 
Ötən mövsüm çempionatın ikincisi olan Şahbuzun “Batabat” komandası yeni futbol mövsümünə uğursuz başlayıb. Hər iki görüşdə məğlub olan şahbuzlular turnir cədvəlində xal qazanmayan iki komandadan biridir. Eyni ilə bu sözləri “Arpaçay” və Naxçıvan Dövlət Universitetinin komandaları haqqında da demək olar.
Cari mövsümdən əvvəl isə Futbol Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikas Stadionunda yeni hakimlər üçün iki həftəlik seminar təşkil olunub. Seminarın keçirildiyi müddətdə hakimlərə yeni oyun qaydaları və müasir futbolda hakimlərin hansı qaydalara riayət edilməsi məsələləri şifahi və praktik şəkildə izah olunub. Cari mövsümdə keçirilən bütün oyunları yeni təyinat alan hakimlər briqadası idarə ediblər.

 


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM