f ARAZ fk
<p>Ardıcıl üçüncü çempionluq</p>

Ardıcıl üçüncü çempionluq

15.06.2017 10:11

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV muxtar respublika çempionatına yekun vurulub.

Çempionatın son turunda “Araz-Naxçıvan” və “Batabat” komandaları üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çatan görüşün ikinci hissəsində daha üstün oyun sərgiləyən “qırmızı-ağlar” Amil Həsənovun qolu sayəsində meydanı qələbə ilə tərk ediblər. Bununla, üç tur öncə çempionluğunu təmin edən “Araz-Naxçıvan” ardıcıl olaraq üçüncü dəfə muxtar respublika çempionatının qalibi adını qazanıb.

Görüşdən sonra çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov ilk olaraq gözəl oyuna görə hər iki komandanın futbolçularını təbrik edib. Vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı idmana da xüsusi diqqət göstərirdi. Bu diqqət sayəsində idman respublikamızda yüksək sürətlə inkişaf etdi. Ulu öndərin yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti nəticəsində bu inkişaf daha da sürətləndi. Artıq Azərbaycan beynəlxalq miqyasda tanınan ölkələr arasındadır. İdmançılarımız Olimpiya və qeyri-olimpiya oyunlarından Vətənə çoxlu medallarla qayıdırlar. Bu da gənclərin bu sahəyə marağını gündən-günə artırır.

Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan nazir gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin qurulması, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkan verib. Bu gün Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası muxtar respublikada yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayır.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov isə çıxışında futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb. Rektor gənclərin idmanın müxtəlif sahələrinə olan maraqlarının və potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsində mühüm rol oynayan məşqçi-müəllimlərə də uğurlar arzulayıb.

Qeyd edək ki, çempionatın yekun nəticəsinə əsasən, “Araz-Naxçıvan” komandası çempionatın qalibi olub. Şahbuzun “Batabat” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası isə üçüncü olub.

Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib.


Nəticələr


31.03.2024 18:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 10 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 19-52 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol

REKLAM